Feysbuk sosial şəbəkəsində pişik balalarının öldürülməsi videolarını yerləşdirərək cinayətlər törətməyə başlayan Luka Rokko Magnotta qorxu filmlərinə oxşar hadisələr törədib. Məqsədi törətdiyi hər cinayətlə diqqət çəkmək olan qatilin sonunu bir türkiyəli vətəndaş gətirib.
SİTAT.İNFO xəbər verir ki, Erik Vlinton Kirk Nyuman 24 iyul 1982-ci ildə Kanadanın Toronto şəhərində anadan olub. Uşaqlıqda çoxlu psixoloji zorakılığa məruz qalan Nyuman 2006-cı ildə məhkəməyə müraciət edərək adını dəyişib. Onun yeni adı Luka Rocco Magnotta olub. Bu gün hamı onu Facebook-da yerləşdirdiyi dəhşətli videolardan tanıyır. Magnotta videoda iki pişik balasını vəhşicəsinə qətlə yetirir. Video yayımlandıqdan sonra heyvansevərlər üsyan qaldıraraq, pişik balalarına bu pisliyi kimin etdiyini tapmağa çalışıblar.
Videonu çəkən şəxsi tapmaq üçün qruplar yaradılıb. Qrup üzvlərinin yeganə məqsədi bu videodakı detalları tapmaq və videonu harada, nə vaxt və kimin çəkə biləcəyini müəyyən etmək olub. Onlar gördükləri hər şeyi izləyib, paylaşıblar, bu barədə düşünüb , bəzi ipuçları tapıblar.
Lukanın siqaret çəkərkən istifadə etdiyi təmizləyici çubuqdan videonun Kanadada çəkildiyi müəyyən edilib. 2010-cu ildə yayımlanan videonun sahibi 2011-ci ildə məlum olub. Yaradılan Facebook qrupu videolardakı şəxsin Luka Magnotta olduğunu müəyyən edib. Model və seks işçisi olan Magnottanın porno filmlərdə də rol aldığı öyrənilib. Pişikləri öldürənin Maqnotta olduğu məlum olanda ona qəribə dərəcədə böyük maraq göstərilib və Luka Maqnotta ona göstərilən diqqətdən çox razı qalıb.
Əslində, o, o qədər məmnun imiş ki, daha çox heyvanı öldürməsi və istismar etməsi ilə bağlı videoları yayımlamağa davam edib. Magnottanın Facebook-da 70-dən çox hesabı var idi. Bu hesablarda o, evdə pişik bəslədiyi və bir neçə pişiyi plastik torbalarda boğduğu videoları paylaşıb. Magnottanın yeganə məqsədi polisin, mətbuatın və insanların diqqətini cəlb etmək idi və bu videolarla diqqəti özünə cəlb edirdi. Özü üçün fan səhifələri açıb, oradan özünə çoxlu təriflər yağdırırdı. O, yazılarını paylaşdığı bloqunda da qatil fikirlərini dəfələrlə açıqlayıb. O, özünü "qatil", "ölü sevgili" kimi təsvir edirdi. Hətta bu bloqda “Ölülər mənə cazibədar gəlir” yazmışdı.
“The Sun” qəzetinə yazdığı məktubda o, yazır:
"Bir dəfə qan daddıqdan sonra dayanmaq mümkün deyil. Bu istək o qədər güclüdür ki, davam etmək istəyirsən."
Elə onun dediyi kimi də oldu. Qanın dadına qarşı çıxa bilməyən Magnotta 2012-ci ilin mayında sevgilisini öldürdü. O, 33 yaşlı çinli sevgilisi Jun Lin-i öldürüb parçaladıqdan sonra videonu internetə yerləşdirdi. Bu qətldən sonra polis içəri girərək Magnottanı axtarmağa başladı. Axtarışlar davam edərkən, kəsilmiş əl və ayaq Kanada baş nazirliyi və siyasi partiya qərargahına göndərildi. Kamera qeydlərindən yeri müəyyən edilən Luka Rocco Magnotta-nın evində aparılan axtarışlar zamanı binanın arxasında qolları və ayaqları olmayan meyit tapılmışdı. Bu cəsəd onun sevgilisi Jun Linə məxsus idi.
Bu vaxt Magnotta Fransaya qaçdı, oradan Berlinə getdi. Olduqca sakit və rahat idi. 2012-ci ilin iyun ayında internet kafeyə girənə qədər. O, özü haqqında xəbərləri oxumaq üçün Berlindəki internet kafeyə gedib. Orada heç kimin onu tanımayacağını düşünsə də, kafedə işləyən Türkiyə vətəndaşı Kadir Anlayışlı Maqnottanı tanıyıb. O, soyuqqanlılıqla polisə məlumat verib. Polis isə Magnottanın olduğu kafeyə gələrək sonda onu həbs edib. Polis Maqnottanın tutmaqda çətinlik çəkmədiyini, əvvəlcə yalançı ad qoymağa çalışdığını, lakin sonda “Sən məni tutdun!” deyib.
Qatili xəbər verən və yaxalayan Kadir Anlayışlı hadisə ilə bağlı verdiyi müsahibədə bunları deyib:
"Kafeyə eynək taxaraq gəldi. Eynəyini çıxarıb mənimlə fransızca danışmağa başladı. Üzünə baxdım, o sifəti hardansa xatırlayırdım. Çünki hər gün qəzet oxuyurdum. Bir az çaşqın idim. Yenidən üzünə baxdım və sonra onun nə etdiyini izləməyə başladım. Bəli o idi. O, sayta baxırdı".
Bunu anlayan Kadir aha sonra kafenin yerləşdiyi Berlinin Karl Marks küçəsinə gedib və polis maşını saxlayaraq onlara, "Məncə, kafedə axtardığınız biri var" deyib.
ÜÇÜNCÜ ƏL KİMDİR?
Tutulduqdan sonra Magnotta Kanadaya aparılmalı idi. Transfer üçün prosedurlara başlansa da, heç bir aviaşirkət Magnottanı daşıması ilə tanınmaq istəmədi. Magnotta xüsusi hərbi təyyarə ilə Kanadaya qayıdıb , orada mühakimə olundu. Məhkəmədə ona qarşı irəli sürülən bütün ittihamları etiraf edərək, Jun Lin barədə "Bəli, mən onu yedim" - dedi.
O, 2014-cü ildə qətldə birinci dərəcəli təqsirli bilindi və ömürlük həbs cəzasına məhkum edildi. Magnotta indi 39 yaşındadır və cəzasını Kanadanın Kvebek şəhərindəki həbsxanada çəkir.
Magnottanın cinayətlərindən bəhs edən “Pişiklərlə oyun: Onlayn Qatil Ovu” adlı sənədli filmdə Magnottanın anası oğlunun Menni ” adlı dostundan təsirləndiyini deyir.
Lukanın anası Anna Yourkin, oğlunun pişiklərə ilan yedizdirərək öldürdüyünü göstərən videoların "üçüncü əl" tərəfindən çəkildiyini və Lukanın tək işləmədiyini iddia edir.
Sənədli filmdə üçüncü əl, Lukanın internetdə yerləşdirdiyi işgəncələrə məruz qalan pişiklərin dəhşətli videolarının kadrlarında görünür. Anna Yourkinin ifadələrinə görə, Lukanın dostu Menni onu pişiyi öldürməyə məcbur edib.
Bununla belə, sənədli film Menninin Lukanın xəyali dostu olduğunu göstərir.
Səid İsaoğlu
SİTAT.İNFO