Avropanın Copernicus İqlim Dəyişikliyi Xidməti tərəfindən hazırlanan yeni hesabata görə, Yer kürəsi sürətlə istiləşməyə davam edir. Alimlər bildirirlər ki, insan fəaliyyəti nəticəsində 2025-ci ildə qlobal temperatur sənaye öncəsi dövrlə müqayisədə 1,37 dərəcə artıb.
Sitat.info xəbər verir ki, hesabatda qeyd olunur ki, 2024-cü ildə istixana qazı emissiyaları 56,8 milyard ton CO₂ ekvivalenti ilə tarixi maksimuma çatıb. Bu səbəbdən son 10 ildə müşahidə olunan istiləşmənin demək olar ki, hamısı insan fəaliyyəti ilə əlaqələndirilir.
Alimlər xəbərdarlıq edirlər ki, hazırkı tendensiya davam edərsə, qlobal temperatur artımı təxminən 4 il ərzində 1,5 dərəcə həddini keçə bilər. Bu isə Paris İqlim Sazişinin hədəflərini risk altına salır.
Eyni zamanda, dəniz səviyyəsi rekord həddə yüksəlib, okeanlarda istilik dalğaları daha tez-tez müşahidə olunur ki, bu da ekosistemlərə, iqtisadiyyata və sahilyanı ərazilərə ciddi təhlükə yaradır.
Nigar,
Sitat.info