Ətrafındakılar onu tənha adam kimi tanıyırdı. Yalnız iti və keçisi vardı. Lakin Josef böyük bir sirr saxlayırdı. O, evdə tək deyildi. Üstəlik, həmin evdə özündən başqa 10 nəfər də yaşayırdı. 9 ilin böyük sirri 2019-cu il oktyabrın 14-nə keçən gecə ortaya çıxacaqdə. Həmin tarixdən sonra heç nə əvvəlki kimi olmayacaqdı.
.... Kafenin qapısını açdı. Ətrafdakıların baxışlarına məhəl qoymadan kafe sahibinə tərəf addımladı. 20 yaşlarında idi. O, uzun müddət idi ki, saqqalını kəsmirdi. Saçları sinəsinə qədər uzun idi. Geyimi xeyli köhnə idi. Kafedəki hər kəs gənc oğlanı görən kimi nəyinsə yolunda getmədiyini anladılar. Düz fikirləşmişdilər. Çünki bu gənc uzun illərdən sonra ilk dəfə bayıra çıxmışdı. Qəribə hərəkətlər edən gənclə rastlaşan kafe sahibi ona necə kömək edə biləcəyini soruşdu. Aldığı cavab təkcə onu deyil, onları kafedə dinləyən hər kəsi şoka saldı. Kafe sahibinin qarşısında dayanan gənc Yan Zon van Dorsten bu sözləri dedi: "Fermadan qaçdım. 9 ildən sonra ilk dəfədir ki, bayıra çıxıram. Köməyə ehtiyacım var" . Gəncin bu sözlərindən kafedə hamı dəhşətə gəldi. Üstəlik, Yan Zon van Dorsten və qardaşlarının illərdir yaşadıqları kabusdan xəbərləri belə yox idi.
BİR GECƏDƏ üzə çıxan HƏQİQƏT
58 yaşlı avstriyalı mexanik Josef B. 12 il əvvəl Hollandiyanın şimal-şərq bölgəsindəki Drentheyə səyahət edib. Sakit Ruinervold kəndinin yaxınlığındakı fermer evini gözaltı edib. Meşə ilə əhatə olunmuş bu ev tam onun istədiyi ev idi. O, ev sahibi ilə razılaşaraq evi icarəyə götürüb. Uzun illər həmin ərazidə yaşayanlar elə bilirdilər ki, bu avstriyalı iti və keçisi ilə həmin evdə tək yaşayır.
Yan Zon van Dorstenin kafedə dediklərindən dəhşətə gələn kafe sahibi onun böyük bir insidentlə üzləşdiyini anlayıb və vəziyyəti polisə xəbər verir. Polis qrupları gecə yarısı fermaya basqın edir. Ekipajlar evə girəndə böyük bir sürpriz yaşayırlar. Çünki qonaq otağındakı şkafın arxasından zirzəmiyə enən gizli pilləkən aşkara çıxmışdı. Pilləkənlərdən enən polis qrupları gördükləri mənzərəyə inana bilməyiblər. Evin zirzəmisində beyin qanaması nəticəsində insult keçirmiş ata Gerrit Yan van Dorsten yatırdı. Üstəlik, 67 yaşlı ata tək deyildi. Atanın yanında 9 böyük uşaq var idi. 18-25 yaşlarında olan və gizli zindanda müvəqqəti kameralarda saxlanılan bu uşaqlar Gerrit Jan van Dorstenin övladları idi. Bu uşaqların bəzilərinin şəxsiyyət vəsiqəsi belə yox idi. Gördükləri mənzərədən şoka düşən polislər yoxlamalarında daha bir sürpriz yaşadılar. Müayinə zamanı külli miqdarda nağd pul aşkar edildi.
Bəs bu illər ərzində o evdə nə baş vermişdi? Ata və övladları niyə zirzəmidə gizlənirdilər?
DÜNYANIN AXIRINI GÖZLƏYİRLƏR
Hollandiyada bu sirli evdə baş verənlər təkcə ölkəni deyil, bütün dünyanı şoka saldı. Beynəlxalq media orqanları bu sirli evdə nə baş verdiyini öyrənmək istədilər. Çox keçmədi ki, faktlar üzə çıxdı. Yerli mətbuat əvvəlcə ailənin illərdir zirzəmidə "qiyaməti gözlədiyini" yazdı. Yerli mətbuatda əksini tapan ilk xəbərdə ata və övladlarının illərlə zirzəmidə dünyanın sonunu gözlədikləri, uşaqların anasının isə fermaya köçməmiş dünyasını dəyişdiyi bildirildi. Mətbuatda Hollandiyalı ailənin bağçasında tərəvəzlə qidalandığı, uşaqların məktəbə getmədiyi, daha maraqlısı isə uşaqların dünyada özlərindən başqa insanların olub-olmamasından belə xəbərləri olmadığı haqda məlumatlar yayıldı. Fermanın icarəçisi, 58 yaşlı avstriyalı Yozef B. saxlanıldı. Jurnalistlər isə daha bir maraqlı faktı ortaya çıxartdılar. İddiaya görə, Josef B. və holland ailəsi Moon kultunun üzvləri idi. Hətta avstriyalı Josef B. atası Gerrit Jan van Dorstenin tələbəsi idi.
Hollandiya prokurorları 60 yaşlı ata Gerrit Yan van Dorstenin ruhi xəstə olduğunu, danışmaqda çətinlik çəkdiyini və reallıq hissini itirdiyini deyirdilər. Uşaqların dedikləri dəhşətli idi. 2004-cü ildə analarının ölümündən sonra atalarının daim onları günahlandırdığını iddia edən uşaqlar polisə bu sözləri deyiblər: "O, bizi evə bayırdan çirk gətirməkdə günahlandırırdı. O, çirkli olduğumuzu deyirdi. Bir çoxları onun iflic olduğunu və ətraf mühitə zərər verə bilməyəcəyini düşünür. Kaş ki, olsaydı. Doğulduğumuzdan bəri onun dedikləri ilə beynimiz yuyuldu. Bizi çirkli hesab edirdi. Ondan uzaqda olmaq istəyirik”.
Banu,
SİTAT.İNFO