Paşinyan daxili kütləyə oynayır: Erməni cəmiyyətini növbəti məğlubiyyətə hazırlayır...

12:37 28 İyun 2022

Ermənistanın baş naziri Nikol Paşinyan yenə çoxbaşlı danışıb. Bir tərəfdən Ermənistan cəmiyyətini yeni torpaqlar verməyə hazırlayır, digər tərəfdən Azərbaycanın yeni müharibəyə başlayacağını deyərək həm  beynəlxalq ictimai rəyi manipulyasiya edir, həm də öz vətəndaşını qorxudur. Paşinyan hətta yalançılığından da geri qalmayaraq kommunikasiyaların açılmasını rəsmi Bakının gecikdirdiyini deyib.

Ermənistanın baş naziri nə etməyə çalışır?

Sitat.info-ya açıqlamasında bu sualı cavablandıran Ağ Partiya sədrinin müşaviri , siyasi şərhçi Azər Hüseynov bildirdi ki, Paşinyan daha çox daxili publikaya oynayır: "Ola bilər erməni cəmiyyətini növbəti məğlubiyyətə hazırlayır. Belə ki, tarixə danışıqlarda iddialardan vaz keçmiş lider kimi düşmək istəmir. Amma xalqını fakt qarşısında qoyub demək istəyir ki, bundan artıq edə bilmir".

A.Hüseynov bildirdi ki, Dağlıq Qarabağın vilayət olmasına vurģu etməsi ilə provakasiya edir: "Azərbaycan yeni komando birlikləri qurur, regional layihələri işə salır, xariclə ciddi diplomatik trafik var. Azərbaycan müharibə etməz. Etsə anti -terror əməliyyatı edər. Ermənistan müharibə edərsə nə olar? Azərbaycan beynəlxalq oyunçularla münasib zaman qurub önləyici addım kimi Zəngəzura girə bilər. Əslində, Ermənistanı iddialardan çəkindirməyin yolu budur. Ermənilər bundan sonra ola bilər ki, dərslərini alsınlar. Hələ ki, Paşinyan daxili kütləyə oynayır. Ermənistan həm də altdan- altdan ruslara  sitəm edir".

Lamiyə Xəqani,

SİTAT.İNFO



Xəbər xətti