Lənkəranskiyə görə üzr istəməyə məcbur edildi - Video

09:05 29 İyun 2022

TikTok hesabında mərhum qanuni oğru Rövşən Lənkəranskini təhqir etdiyinə görə bir nəfər üzr istəməyə məcbur edilib.

“Sitat.info” xəbər verir ki, yayılan videonu çəkən şəxs M.F. adlı şəxsi dediyi sözləri təkrarlamağa məcbur edir və bildirir ki, Lənkəranski ilə bağlı söylədiklərinə görə üzr istəsin. O, M.F.-ya ən ağır təhqirlərlə üzr istədir. O, həmin şəxsin təzyiqi ilə tutduğu əməldən peşman olduğunu və üzr istədiyini deyir, bir daha bu cür hallara yol verməyəcəyini söyləyir.

M.F.-nın üzr videosu da TikTokda yayılıb. 

Qeyd edək ki, daha əvvəl bənzər videolara görə üzr istəməyə məcbur edən şəxslər barəsində cinayət işi başladılıb.

/Qafqazinfo



Xəbər xətti