İyunun 29-da Aşqabadda Xəzəryanı dövlətlərin dövlət başçılarının altıncı zirvə toplantısını keçirilib.Həmçinin Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü baş tutub.Bu görüşdə hansı məsələlər müzakirə olunub? Bunun Azərbaycan üçün hansı əhəmiyyəti var?
Sitat.info-ya açıqlamasında bu sualları cavablandıran politoloq, Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov bildirdi ki, ikitərəfli görüşün keçirilməsi gözlənilən idi.
“Rusiya dövlət başçısı ilə Azərbaycan dövlət başçısının həmin toplantıda ikitərəfli görüşü gözlənilən idi. Təbii ki, prezident İlham Əliyev orada sadəcə Vladimir Putinlə yox, digər dövlət başçıları ilə də iki tərəfli qaydada görüş keçirib. Çünki burada bizim maraqlarımıza xidmət edən bəzi məqamlar var ki, biz o məqamların müzakirə edilməsi üçün dövlət başçımızın görüşməsini vacib hesab edirik”.
Politoloqun fikrincə, bu görüş sadəcə Azərbaycan üçün deyil, Rusiya üçün də böyük əhəmiyyət malikdir: "Prezident İlham Əliyevin bu görüşdə iştirakı Azərbaycana nə qədər lazımdısa, Rusiya üçün də bir o qədər lazımdır. Cənubi Qafqaz regionu təkcə dünya üçün deyil, həm də qonşu dövlətlər üçün də ciddi həssaslığa malikdir. Həmin regionda hansısa məqamlarla bağlı razılaşmaların əldə ediləməsi, ümumiyyətlə hansısa məsələlərin müzakirə edilməsi Azərbaycansız mümkün deyil. Bunu bütün dövlətlər, o cümlədən Rusiya, İran digər Xəzəryanı dövlətlər çox yaxşı anlayır. Bu görüş də Azərbaycan-Rusiya arasında gedən proseslər baxımından çox ciddi əhəmiyyət daşıyan görüşdür”.