Sabirabadda qazinin intiharı araşdırılır.
Bu barədə SİTAT.İNFO-ya Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Xəbərə görə, 1987-ci il təvəllüdlü, Sabirabad rayonu, Qalağayın kənd sakini Elvin Cəfərovun özünü yandıraraq intihar etməsi faktı ilə bağlı hazırda Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, iyulun 10-da Sabirabad rayonu, Qalağayın kənd sakini, 3-cü qrup Vətən müharibəsi əlili, 35 yaşlı Cəfərov Elvin Zakir oğlu Sabirabad rayon Mədəniyyət Mərkəzinin qarşısında özünü yandıraraq intihara cəhd edib. O, yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə köçürülüb. İyulun 12-də isə xəstəxanada vəfat edib.