İrandakı soydaşlarımızın yanındayıq - AY Partiya

18:39 22 Sentyabr 2022

“Son günlər İranda baş verən hadisələr hər bir Azərbaycan vətəndaşının olduğu kimi bizim də diqqətimizdədir.  22 yaşlı Məhsanın ölümünə üzüldüyümüzü bildirir və yaxınlarına dərin hüznlə başsağlığı veririk”
SİTAT.İNFO xəbər verir ki, bu fikirləri AY Partiyanın başqan müavini Aynur Qəzənfərqızı səsləndirib. 

O bildirib ki, partiyası İranda baş verən hadisələrin insan haqları və qadın hüquqları çərçivəsində həll edilməsini tələb edir: "Məhsanın ölümünün İran qadınlarını azadlığa çıxaracağına inanırıq. Etirazlardan insanların irtica rejimindən səbrinin daşdığını da vurğulamalıyıq. İran Kürdüstanının Bicar şəhərindəTürkçə səslənən “milli hökumət” şüarları bir daha İrandakı irtica rejiminin etniklər üzərindəki assimilə siyasətini göstərməkdədir.

Qeyd edək ki, Bicar Türk şəhəri idi. Lakin Pəhləvi rejiminin məqsədyönlü siyasəti nəticəsində Türklərə aid şəhər Zəncandan alınıb kürdlərə aid Küsrdüstana verilib. Bu da şəhər sakinlərinin də  hər fürsətdə İranın anti-türk siyasətinə etiraz etməsinə səbəb olmaqdadır. Biz Azərbaycan Yüksəliş Partiyası olaraq İrandakı soydaşlarımızın yanında olduğumuzu bildirmək istəyirik”,- deyə Aynur Qəzənfərqızı vurğulayıb.

Nigar,

SİTAT.İNFO



Xəbər xətti