"Rusiya ordunu təmin edə bilmir, qış müharibəsinə hazır deyillər" - Hərbi ekspertdən SENSASİON TƏHLİL

12:40 6 Oktyabr 2022

Rusiya öz ordusunu qışda müharibə aparmaq üçün lazım olan hər şeylə təmin edə bilmir.

Sitat.info xəbər verir ki, bunu “Defence Express”in analitiki Sergey Zqurets efirində deyib.

"Hazırda Rusiya ordusunda yaxşı maddi-texniki təchizat yoxdur. Bir neçə gün əvvəl belə bir məlumat yayıldı ki, onlar 1,5 milyon dəst hərbi formanın hara getdiyini anlaya bilmirlər. Rusiya hərbçiləri ifrata varmağa çalışırlar. Məsələn, onlar İkinci Dünya Müharibəsindən qalma dəbilqələri gözəl kamuflyaj parça ilə örtürlər.Lakin belə dəbilqələr döyüşdə əsgəri qoruya bilməz”, - Zqurets deyir.
Ekspertin fikrincə, Ukrayna ordusunda vəziyyət tamam başqadır.

"İkinci Dünya Müharibəsindən qalma ayaq geyimləri və dəbilqələr Rusiyanın öz qoşunlarını zəruri ehtiyaclarla təmin edə bilmədiyini təsdiqləyir. Digər tərəfdən, ABŞ və NATO Ukrayna Silahlı Qüvvələrini qış geyimləri ilə təmin etməyi öhdələrinə götürüblər. Bu müddəa heç də az əhəmiyyət kəsb etmir. Ruslar qışa hazır deyillər. Qışda döyüş əməliyyatları keçirməyə hazır deyillər.Ona görə də bu dəfə "general Vinter" daha Rusiya ordusunun tərəfində olmaya bilər”, - deyə analitik əlavə edib.

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti