"Rusiya Kiyevi bombalamağı hədəf seçmişdi. Bu hadisə uzun müddətdir gözlənilirdi. Rusiya Ukrayna paytaxtını vurmaqla psixoloji təsir imkanlarını əlində saxlamaq istəyir".
Bu sözləri Sitat.info-ya açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.
Onun sözlərinə görə, Rusiya qarşısına 3 hədəf qoyub:
"Ukrayna ərazilərində daha çox irəliləmək, Ukrayna cəmiyyətində qorxu eyforiyasını pik həddə saxlamaq və bütün dünyaya növbəti güc nümayişi göstərmək. Lakin mən hesab etmirəm ki, hazırkı məqamda Putin məğlub olur. Bunu demək situasiyanı dəyərləndirməmək deməkdir. Rəsmi Moskva Qərbin enerji asıllığından istifadə edərək Ukraynada daha dərin ekspaniyalara davam edir. Bu məqamda Qərbin praktiki təsirlərinin olmamağı daha acı mənzərədir".
T.İsmayılov hesab edirəm ki, Ukraynanın da cavab tədbirləri olacaq: "Ukraynaya milyonlarla dollar dəyərində verilən HİMARS sistemləri boşuna onda deyil. Lakin biz qışa doğru savaşın daha da kəskinləşdiyini müşahidə edirik. Hesab edirəm ki, Rusiyanın son hücumları savaşda daha qanlı gələcəyi proqnozlaşdırmağa əsas verir".
Kəmalə,
SİTAT.İNFO