"Rusiya terrorçu dövlət olduğunu bir daha sübut etdi" - BMT tribunasından ağır ittiham...

12:50 11 Oktyabr 2022

Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislytsya Rusiyanın terrorçu dövlət olduğunu bir daha sübut etdiyini iddia edib.
SİTAT.İNFO xəbər verir ki,  Birləşmiş Millətlər Təşkilatının iclasında Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislytsya Baş Assambleyada çıxış edib.

Dünən Rusiya qüvvələrinin Ukrayna şəhərlərinə təşkil etdiyi, 19 nəfərin öldüyü, 105 nəfərin yaralandığı hücumları pisləyən Kislytsya çıxışında “Bütün dünya xalqımızı qətlə yetirən terror dövlətinin əsl üzünü bir daha gördü"- deyib.

 “Evlərində yatan, işə və ya məktəbə getmək üçün küçələrə çıxan insanlara raket zərbələri endirməklə Rusiya bir daha sübut etdi ki, terrorçu dövlətdir. Bu dövlərin qarşısı mümkün qədər güclü şəkildə alınmalıdır”.

Rusiyanın ilhaqının BMT üçün ekzistensial təhlükə mənasına gəldiyinə işarə edən Kyslytsya beynəlxalq ictimaiyyəti BMT Konstitusiyasını müdafiə etməyə çağırıb.

BMT-nin ya etibarını qoruyub saxlamalı, ya da itirməyə hazır olmalı olduğunu deyən Ukrayna rəsmisi bu sözləri əlavə edib: " "Rusiyanın BMT nümayəndəsi Baş Assambleyaya girəndə arxalarında qan izi buraxdılar və salon qan iyi ilə doldu" 

 Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzia isə görüşün son dərəcə siyasiləşdiyini vurğulayaraq, iddiaların anti-Rusiya ritorikasını gücləndirmək üçün səsləndirildiyini iddia edib.

Nebenzia NATO-nu münaqişəni intensivləşdirməkdə günahlandırıb və bəyan edib ki, Rusiya Ukraynada əslində NATO ilə üz-üzədir və Ukrayna NATO silahlarının sınaq meydanına çevrilib.

Baş Assambleyanın bu həftə Ukraynanın bəzi hissələrinin ilhaqını müzakirə edəcəyi və mövzu ilə bağlı qətnamə layihəsini səsə qoyacağı gözlənilir.

Rusiyanın Baş Assambleyada gizli səsvermə tələbi səs çoxluğu ilə rədd edilib. 

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti