Praqadan sonra Astana görüşü: Putin yenə Qarabağ məsələsində Qərbi keçməyə çalışır...

17:09 12 Oktyabr 2022

"Oktyabrın 7-də Putini təbrik edən Türkiyə prezidenti Ərdoğan Rusiya prezidentiylə Asiya platformasında üzbəüz görüşəcəklərinin anonsunu vermişdi. Budur, artıq hər iki prezidentin görüş vaxtı və yeri müəyyənləşib: sabah - 13 oktyabrda, Astanada".

Bu  sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şükürlü deyib. 

Onun sözlərinə görə, Praqada - Qərb platformasında keçirilən ikitərəfli və dörddərəfli görüşlərdən cəmisi 1 həftə sonra Astanada - Asiya platformasında keçiriləcək görüşlər bizim üçün xüsusilə önəmlidir: "Çünki Qarabağdakı münaqişənin lehimizə həllində önəmli rol oynayan Putin-Ərdoğan ikilisinin Azərbaycanla Ermənistan arasında qalıcı sülhün əldə edilməsi təşəbbüsünün Qərbin nəzarətinə keçməsiylə razılaşacaqları qətiyyən inandırıcı görünmür və bu səbəbdən, sabah Astanada bu istiqamətdə irəliyə doğru daha bir mühüm addımın atılacağı ehtimalı xeyli böyükdür".

E.Şükürlü vurğuladı ki, artıq Azərbayan və Ermənistan xarici işlər nazirlərinin Astanada görüşünün planlaşdırıldığı haqda məlumat yayılıb: " Paşinyanın Astanaya gedib-getməyəcəyi haqda isə hələ rəsmi məlumat verilmir. Mümkündür ki, Ermənistanın baş naziri yenə Qərbin təhrikiylə Astanaya getməkdən yayınsın".

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti