"İran Azərbaycanla sərhəddə yeni təlimlərə başlayır. SEPAH-ın quru qoşunlarının “Güc” adı altında təlim keçirməsinin Azərbaycana qarşı “əzələ nümayişi” olduğu bəllidir. Və təlimlərin indi başlanması da gözlənilməz hesab edilməməlidir".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Asif Nərimanlı deyib.
Onun sözlərinmə görə, birincisi, Ermənistanın sərhədini “qırmızı xətti” elan edən İran daxildəki etirazlar fonunda “sionizm”, “terror” iddialarını yenidən aktuallaşdırdı və hətta Araz bölgəsində “terrorçuların saxlanılması” teatrını da qurdu: "Sərhədə “leşkər” göndərilməsi də rejimin “xarici təhlükə” ssenarisini gücləndirmək və Bakıya “müdaxilə planını” əyani şəkildə nümayiş etdirmək məqsədi daşıyır".
Politoloq hesab edir ki, burada sərhəd dəyişikliklərindən narahatlıq qorxusu da əksini tapır: " İkincisi, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlar sürətlənib və ilin sonuna qədər razılaşmanın olması, xüsusilə sərhədin delimitasiyası məsələsinin həlli gözləntiləri var. İran mümkün sərhəd dəyişikliyinə qarşı Bakını “leşkər”lə təhdid edir. Təlim adı ilə Azərbaycan sərhədinə göndərilən qoşunların burada uzun müddət qalacağı da istisna deyil".
Nərgiz,
SİTAT.İNFO