Makronun bu etiraflarından sonra Azərbaycandakı Qərb təbliğatçıları kimin yanında duracaqlar? - Elxan Şükürlü

13:21 17 Oktyabr 2022

"Heç olmasa, indi – Fransa prezidenti Makronun açıqlamalarından sonra, nəhayət, anladınız ki, 13 sentyabrda sərhədlərimizdəki erməni təxribatını ABŞ, Fransa və Almaniyada yerləşdirilmiş sorosçu media şəbəkəsi və onların ölkəmizdəki siyasi ayağı niyə böyük hay-həşirlə, bir yerdən komanda alıblarmış kimi, “Azərbaycan Ermənistan ərazisini işğal edib” formasında təqdim edir, Ordumuzun, dövlətimizin işğalçı imicini yaradırdılar?! Son olaraq, Paşinyan komandasıyla, erməni təbliğat maşınıyla birgə, Qarabağda müharibənin bitmədiyi qənaətini formalaşdırmaqla, Qərbin silahlı qüvvələrini bölgəyə gətirmək kampaniyasına zəmin hazırlamaq üçün!". 

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şükürlü deyib. 

Onun sözlərinə görə, üstəlik, bu mənfur şəbəkə iki ildir, Qarabağdakı qələbəmizi cəmiyyətin gözündən salmaqla yanaşı, 8 aydır da “Qarabağın taleyi Ukraynada həll olunur” tezisiylə Rusiya əleyhinə ikinci bir cəbhənin də Azərbaycan üzərindən açılması üçün aktiv informasiya-təbliğat işi aparır, Qərbin təbliğat muzdurları rolunda çıxış edirlər: "İndi bu şəbəkənin əsas ağa-babalarından və donorlarından biri – Fransa prezidenti Makron etiraf edirsə ki, Rusiya Türkiyə və Azərbaycanın oyununa gələrək, Ermənistanın əzilməsində iştirak edib və Fransa da Ermənistanı bu savaşda tək qoymayacaq, lap yaxşı, olsun.

Görək, Makronun bu etiraflarından sonra Azərbaycandakı Qərb tərəfdarları və təbliğatçıları kimin yanında duracaqlar: açıq şəkildə erməniləri müdafiə edəcəyini deyən Avropa Birliyinin iki qurucu üzvündən biri olan Fransanın, yoxsa ermənilərə münasibətdə Azərbaycan və Türkiyə ilə bir hərəkət edən Rusiyanın?!"

E.Şükürlü vurğuladı ki, Makron, əslində, bircə cümləsiylə Azərbaycandakı Qərb şəbəkəsinin iki illik təbliğatının gerçək mahiyyətini də açaraq, onları ifşa edib: "İndi Azərbaycan cəmiyyətinə bir daha aydın olur ki, son iki ildə ölkəmizdə Rusiya əleyhinə görünməmiş səviyyədə aparılan təbliğatın əsas məqsədlərindən biri məhz məğlub Ermənistana kömək etmək, Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlığını pozmaq, Paşinyanı Azərbaycanla sülh müqaviləsi imzalamaqdan çəkindirmək olub və bu gün də sülhə əsas maneə işğalçı Ermənistanın arxasında duraraq, Qarabağdakı bir ovuc separatçı-terrorçuya status tələb edən Qərbdir, xüsusən də bölgədə hərbi iştiraka can atan ABŞ və Fransadır!".

Nuriyyə,

SİTAT.İNFO



Xəbər xətti