"İran müstəqil bir dövlətdir və öz ölkəsinin istənilən yerində hərbi təlimlər keçirə bilər. Bundan öncə də müharibənin getdiyi dövrdə Azərbaycan sərhəddində təlim keçirməyə cəhd eləmişdi".
Bu sözləri Sitat.info-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
Onun sözlərinə görə, Sovet hökuməti dövründə İran Sovet hökumətindən qorxduğuna görə, özünün şimal sərhədlərində heç vaxt belə hərbi xarakterli addımlar atmırdı: "İndi Sovet hökuməti yoxdur və guya Azərbaycandan qorxmur deyə şimal sərhədlərində də hərbi təlimlər aparır".
Partiya sədri hesab edirəm ki, bu təlimlər Azərbaycana heç bir təhdid yaratmır: " İran öz ərazisində istənilən təlimi apara bilər. Azərbaycan hökumətinin kifayət qədər gücü və potensialı, eləcə də güclü müttəfiqləri var ki, ona qarşı hərbi təhdid yaradan istənilən xarici gücə qarşı müqavimət göstərə bilsin".
Nərgiz,
SİTAT.İNFO