"Biz Ermənistanla sərhəddə baş verənlərla, paralel olaraq səslənən bəyanatların bir-biri ilə uzlaşmasını gözləməli deyilik. İlk dəfə deyil ki, Ermənistan tərəfindən səslənən bəyənatlar real hadisələrlə uyğun gəlmir. Məsələn, Ermənistan iki ildir ki, Zəngəzurdan keçən dəhlizin açılması üçün birgə bəyənata imza atıb, dəfələrlə də kommunikasiyaların açılması barədə müsbət tona malik bəyənatlar verib. Amma reallıqda isə heç nə həyata keçirməyib".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinmə görə, verilən sülh bəyənatları ilə Ermənistan təxribatlarını bir-birindən ayrıca dəyərləndirməliyik: "Yəni siyasətçilər sülh bəyənatlarını verə bilərlər, diplomatlar bu görüşləri təşkil edə bilərlər və ya müzakirələrin təşkili üçün münbit şərait yarada bilərlər. Ordumuzun əsgəri isə nə diplomat deyil, nə də siyasətçi deyil. Onlar da düşmənin təxribatlarına adekvat və təsirli cavab verməlidirlər. Başqa sözlə desək ordumuz düşmən təxribatlarına cavab olaraq atəş açılan düşmən mövqelərini darmadağın etməli, həmin mövqelərin üzərində isə Azərbaycan bayrağını qaldırmalıdır. Biz bu metodlardan daha da əvvəl istifadə etmişik və kifayət qədər də müsbət nəticələr əldə etmişik".
Hərbi ekspert vurğuladı ki, bizim əsgərimiz üçün, ordumuz üçün atəş açılan mövqenin hansı ərazidə yerləşməsi də vacib deyil: "İstər bu delimitasiya olunmamış sərhəddə olsun, istər Azərbaycanın tarixi torpaqları olsun. Hansı nöqtədən atəş açılırsa bu Azərbaycana qarşı təxribatdır. Bu Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının hələ də bitmədiyini ifadə edir. Odur ki, bunlara qarşı ordumuz amansız və sərt bir cavab verməlidir".
Səid İsaoğlu,
SİTAT.İNFO