İqbal Ağazadədən sensasion açıqlama: “Fransanın məqsədi Cənubi Qafqazda yer tutmaqdır” - VİDEO

16:38 17 Oktyabr 2022

"Fransanın bu tipli mövqe bildirməsi onun Cənubi Qafqazda yer tutmaq və bu bölgədəki respublikalara təsir etmək istəyi ilə bağlıdır. Nə Gürcüstana, nə də Azərbaycana Fransanın təsir etmək imkanları yoxdur. Eləcə də bu dövlərlərin vasitəsilə Cənubi Qafazda olmaq imkanları məhduddur. Fransa yalnız ermənilər vasitəsilə bölgədə yerini tuta bilər. Çünki ermənilər həm Fransada daxili auditoriya üçün onlara vacibdir, həm də Cənubi Qafqazda ermənilərlə tarixi əlaqələri var. Buna görə də hesab edirəm ki, Fransanın bəyanatlarını tərəfsiz və ya obyektiv bəyanat kimi dəyərlənirmək olmaz”.

Bu sözləri Sitat.info-ya açıqlamasında Ümid partiyasının sədri İqbal Ağazadə bildirib.

O qeyd edib ki, Fransanın qeyri-obyektivliyi açıq-aşkardır və verdiyi bəyanatların  heç bir mənası yoxdur: “Xatırlayırsınızsa, BMT Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı 4 qətnamə qəbul etmişdi. Həm də tərəfsiz və obyektiv qətnamələr. Lakin o qətnamələrin yerinə yetirmə mexanimzi olmadı və qətnamələr havada qaldı. Azərbaycan isə öz gücünə torpaqlarını azad etdi. Bu gün Azərbaycanın tərəf seçməsinə ehtiyac yoxdur. Güclü olmalıdır və güclü olması üçün həm daxildə münasibətlər sistemini doğru-düzgün tənzimləməlidir, həm də diplomatiyada ardıcıl və sistemli mübarizə aparmalıdır".

İ.Ağazadə daha bir problemə toxundu: "Azərbaycan öz toraqlarının böyük bir qismini azad edib, buna baxmayaraq ki, rus sülhməramlıları adı ilə rus qoşunları buradadır. Onların da Azərbaycandan çıxarılmasına ehtiyac var, həm də böyük ehtiyac var. Azərbaycan sərhədlərinə nəzarət etməlidir. Ermənistan da münasibətlər sitemini tənzimləmək istəyirsə, hökmən Azərbaycan tərəfinin şərtlərini qəbul etməlidir. Əks təqdirdə Azərbaycan özünün hərbi gücündən istifadə edərək, həm təhlükəsizliyini , həm də ərazi bütövlüyünü müdafiə etməlidir. Verilən bəyanatlara və yaxud bildirilən mövqelərə isə münasibət birmənalı olmalıdır. Kim xoşu gəlmirsə, daha çox bəyanat versin. Ermənistan tərəfi də bunu üst-üstə yığsın. Mənası yoxdur bu bəyanatların. Çüki, biz bu bəyanatlardan çox görmüşük. Vasitəçiyə isə bu gün heç ehtiyac yoxdur, daha çox obyektiv mövqeyə ehtiyac var. O obyektiv mövqeyi isə Fransa göstərmir”.

Məğrur Salmanov,

Sitat.info



Xəbər xətti