Şuşada Türkiyənin konsulluq xidməti olsun - Politoloqdan maraqlı təklif

15:06 21 Oktyabr 2022

"Türkiyənin Şuşada konsulluq xidmətinin fəaliyyətə başlaması vacibdir. Ankara həmin günü səbirsizliklə gözləyir. Ermənistandan və İrandan Qarabağa təhlükənin miqyası azalmayıb. Əlbəttə, güclü ordumuz təcavüzkarlara qarşı ayıqdır".

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, ancaq Azərbaycanı hədəf almaq istəyənlər bilməlidirlər ki, Qarabağ istiqamətində bizə yenə də problem yaratmaq istəsələr qarşılarında Türkiyəni görəcəklər: " Bu baxımdan Şuşada konsulluq xidməti Türkiyənin Qarabağda varlığını göstərən əsas amillərdən birinə çevrilməlidir. Bunu ləngitmək olmaz".

Nərmin,

SİTAT.İNFO



Xəbər xətti