Naxçıvanla quru yolu ilə əlaqələrin açılması bizə nələr qazandıracaq? - ŞƏRH

08:37 22 Oktyabr 2022

"Azərbaycan-Naxçıvan quru yollarının açılması iqdisadi inkişafa atılan addımdır"

44 günlük vətən müharibəsi 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatın imzalanması ilə nəticələndi. Bəyanatda Zəngəzur Dəhlizinin açılması ilə Azərbaycanın şəhər və rayonlarının Naxçıvanla  quru əlaqəsinin qurulması nəzərdə tutulur. Hazırda da bu istiqamətdə müəyyən addımlar atılır. Bəyanatda nəzərdə tutulanlar hər üç tərəfin razılığı əsasında imzalanıb. 
Bu əlaqələrin reallaşması Azərbaycana siyasi, sosial-iqtisadi, logistik baxımdan hansı faydaları verə bilər?

 Azərbaycanın Naxçıvanla quru əlaqəsinin açılması hansı sahələrə təsir göstərəcək və bunun bizim üçün önəmi nədir? 

Sitat.info-ya açıqlamasında suallarımızı cavablandıran professor Elşad Məmmədov bildirdi ki, Azərbaycan-Naxçıvan quru logistik nəqliyyat yollarının açılması Azərbaycanın Naxçıvanla bağlı planlarının həyata keçirilməsi yolunda  atılan bir addımdır: "Naxçıvanda sosial-iqtisadi və sənayeləşmə ilə bağlı bir çox çağırışlar vardır ki, bu çağırışların cavablandırılması üçün quru logistik yolların açılmasına ehtiyac var.  Eyni zamanda Azərbaycanın əsasən Türkiyə ilə ticarət əlaqələrinin genişləndirilməsində olduqca əhəmiyyətli bir addımdır. Qonşu ölkələr arasında regional ölçüdə iqtisadi əməkdaşlığın  dərinləşməsi birgə investisiya layihələrinin yaradılmasına şərait yaradır ki, bu layihələrin bir çoxunun Naxçıvanda keçirilməsi mümkündür". 

E.Məmmədovun sözlərinə görə, bütün bu sadalananlar Azərbaycanın hər bir bölgəsində istər iqtisadi, istər də siyasi mənfəət payı qazanması baxımından müsbət dəyərləndirilməlidir: "Ölkəmizin 30 il ərzində bir çox ərazilərlə, xüsusilə Naxçıvanla  kommunikasiya əlaqələrinin bloklanması ilə bağlı baş verən proseslər bölgədəki sosial-iqtisadi şəraitin reallaşdırılmasına maneəçilik törədirdi. Bu gün biz yeni reallıqlar çərçivəsində bu maneələrin aradan qaldırıldığının şahidi oluruq".

Seymur,

Sitat.info

 



Xəbər xətti