"İran-Ermənistan münasibətlərində bir sıra maraqlı və müəmmalı məqamlar" - Deputat Vüqar Bayramov yazır...

12:43 24 Oktyabr 2022

"İran Ermənistan münasibətlərində bir sıra maraqlı və müəammalı məqamlar.  Belə ki,  İran hazırda Ermənistan ərazisi hesab edilən Qərbi Zəngəzurda konsulluq açan yeganə ölkədir. Digər tərəfdən  İran Ermənistanın Azərbaycanla 2 kilometrlik sərhədində rəsmi nümayəndliyi olan yeganə ölkədir".

Bu sözləri Sitat.info-ya açıqlamasında deputat, iqtisadçı alim Vüqar Bayramov deyib. 

O qeyd edib ki,  İran Ermənistan ilə ticarət dövriyyəsini 3 dəfə artırmağı hədəfləyən yeganə ölkədir: "Tehran ticarət dövriyyəsini il ərzində 1 milyard dollara, daha sonra 3 milyard dollara çatdırmağa çalışır. İran Ermənistanla iqtisadi əlaqələrini bu il 40 faizdən çox artıran yeganə ölkələrdəndir. Bu ilin 8 ayında iki ölkə arasındakı ticarə dövriyyəsi 43.0 % artıb. İran Ermənistanın xarici ticarət dövriyəsində artıq ilk üçlüyə daxil olub".

İqtisadçı alim vurğuladı ki, Tehranın istədiyi kimi ticarət dövriyyəsi 3 milyard dollar olarsa o zaman İran Ermənistanın ən böyük ticarət tərəfdaşı olacaq: "Əlavə olaraq, Avropa İttifaqı İran dronlarının Ukraynaya qarşı istifadəsinə görə dünən Tehrana yeni sanksiyalarının tətbiqini razılaşdırıb". 

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti