Kürdəmirdə yol qəzası baş verib, xəsarət alanlar var

18:26 23 Fevral 2022

Kürdəmirdə ağır xəsarətlərlə nəticələnən yol qəzası baş verib.

SİTAT.İNFO Report-a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Çöl-Ərəb kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "KİA" markalı avtomobilin sürücüsü Zərdab rayon sakini Hüseynov Zamiq Sarvan oğlu Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi bir neçə dəfə çevrilərək yol kənarına aşıb.

Hadisə zamanı sürücü və sərnişinlər olmaqla 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Fakt araşdırılır.



Xəbər xətti