Bakıda evsizlik problemi: İqtisadçı həll yolunu göstərdi

21:20 24 Oktyabr 2022

Əhalinin sosial problemlərindən biri də evsizlikdir. Bakıda, nəinki maddi durumu aşağı  və zəif olan şəxslər, hətta orta təbəqədən olan insanlar da mənzil əldə edə bilmir, illərlə yüksək qiymətə kirayədə qalmalı olurlar. Bu isə cəmiyyətdə sosial gərginliyi daha da artırır. 

Mənzil problemlərinin aradan qaldırılması üçün hansı addımlar atılmalıdır? 

Sitat.info-ya açıqlamasında bu sualları cavablandıran iqtisadçı, REAL-ın icraçı katibi Natiq Cəfərli bildirib ki,  Azərbaycanda mənzillərə əlçatımlılıq çox aşağı səviyyədədir: "Lakin bunu da nəzərə almaq lazımdır ki,  sosial-iqtisadi imkanların Bakıda toplanması səbəbi ilə çoxluq burada mənzil sahibi olmaq arzusundadır. Bu da şəhərin infrastrukturunda gərginliyin yaranmasına və mənzil qiymətlərinin artmasına səbəb olur". 

İqtisadçı vurğuladı ki, mənzil problemlərinin həlli bir tək Bakı ilə deyil, bütün Azərbaycan miqyasında planlaşdırılmalıdır: "Ölkəmizin digər şəhər və rayonlarında  iqdisadi fürsətlər yaradılmalıdır. Bu həm vətəndaşların sadəcə Bakıya axın etməsinin qarşısını alacaq, həm də mənzil təminatı üçün Gəncədə, Lənkəranda, Şəkidə və  işğaldan azad edilmiş ərazilərimizdə və digər bölgələrimizdə imkanlar yaranacaq. Bu istiqamətdə müxtəlif proqramlar qəbul edilib. Məsələn, "Kirayə ilə ev almaq proqramı", "Güzəştli mənzil proqramı"  və s. Lakin bunların heç biri problemi kökündən həll etmədi. Bunun səbəbi isə proqramların həcm olaraq kiçik olması, təlabatın isə böyük olmasıdır". 

Seymur Bənnayev, 

SİTAT.İNFO



Xəbər xətti