Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə icraçı direktoru Piotr Trabinski Ağdama səfər edib.
Trend-in məlumatına görə, bunu özünün "Twitter" səhifəsində Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov yazıb.
"Bu gün Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə icraçı direktoru Mr. Piotr Trabinski Ağdama səfər edib. Səfər zamanı Mr. Piotr Trabinskini işğal dövründə dağıdılmış Ağdam abidələri və Ağdamdakı yenidənqurma işləri ilə tanış etdik", - deyə E.Hüseynov qeyd edib.