Paşinyan Putinə qarşı: İrəvanda Kremlin emissarlarını neytrallaşdırır...

14:31 26 Oktyabr 2022

"Ermənistan hakimiyyəti Zatulin və Simonyanın ölkəyə girişinə qadağa qoydu: Paşinyan komandası Zatulinə bildirib ki, “onun bəyanatları Ermənistana zərər vurur”, beləliklə, rusiyalı deputatın bundan sonra erməni maraqlarından danışması belə ciddi qəbul olunmayacaq, analoji hal Simonyana da aiddir".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Asif Nərimanlı deyib. 

Onun sözlərinə görə, bununla Ermənistan Rusiya Dövlət Dumasında və mediasında ciddi gücdən imtina etdir: "Paşinyanın bu addımının siyasi oriyentasiyasını Qərbə çevirməsi ilə bağlı olduğu bəllidir. Lakin niyə Zatulin və Simonyan?

Çünki, Zatulin Ermənistanın siyasi dairələri, xüsusilə Koçaryan-Sarkisyan komandası ilə yaxındır.  Simonyanın rəhbərlik etdiyi media resursları Ermənistanın maraqlarını müdafiə etsə də, siyasi hakimiyyətə qarşı mövqedən çıxış edir və Nikolun rəqibləri üçün platforma rolunu oynayır".

A.Nərimanlının fikrincə, Paşinyan anlayır ki, Rusiya maraqlarına bu qədər qarşı çıxdığı vaxt adekvat addımlarla üzləşəcək: "Bu addımlardan birinin də onun hakimiyyətdən devrilməsi ola biləcəyi istisna deyil. Bu təhlükəyə qarşı ilk tədbir də Kremlin emmisarlarını neytrallaşdırmaq oldu".

Nərmin,

SİTAT.İNFO



Xəbər xətti