Bakıda DƏHŞƏT! Tikilməkdə olan bina çökdü: Dağıntı altında qalanlar var - YENİLƏNİB

13:59 24 Fevral 2022

Paytaxtın Nərimanov rayonunun Keşlə qəsəbəsində tikilməkdə olan binalarının birinin çökməsi barədə məlumat daxil olub. 

Musavat.com xəbər verir ki, bununla bağlı Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. 

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsinin əməkdaşları tərəfindən hazırda hadisə yerinin müayinəsi həyata keçirilir. 

İlkin məlumata görə hadisə zamanı bir neçə şəxs xəsarət alıb. 

Yaxın zamanda ictimaiyyətə əlavə məlumat veriləcək.

 

*******

Bakının Keşlə qəsəbəsində tikilməkdə olan bina çöküb.

APA-ya istinadən xəbər verir ki, hadisə “City Garden” layihəsinin inşa olunan binalarından birində baş verib.

Dağıntı altında qalanların olduğu ehtimal edilir.

Musavat.com xəbər verir ki, hadisənin baş verdiyi “City Garden Nərimanov” yaşayış kompleksi Azərbaycanan ən böyük tikinti şirkətlərindən olan “Kristal Abşeron”un yeni layihəsidir.

Nəriman Nərimanov ərazisində 21 hektar ərazidə yeni yaşayış kompleksinin tikintisi bir neçə ay əvvəl başlamışdı.



Xəbər xətti