Dünyanın hər yerindən etirazlar yüksəldi: Rus pasportlarını yandırırlar!

17:00 24 Fevral 2022

 

Rusiya hərbi qüvvələrinin Ukraynaya hücumu və faktiki olaraq işğal etməyə çalışması bütün dünyada etiraz dalğasının başlamasına səbəb oldu. 

 SİTAT.İNFO xəbər verir ki, Parisdəki Rusiya səfirliyinin önündə Ukrayna vətəndaşları tərəfindən aksiya keçirildi. 

Dünyanın her yerinden tepki yağıyor: Rus pasaportlarını yakıyorlar

 

Livanda yaşayan ukraynalılar da Rusiyanın ölkələrinə hücumuna etiraz olaraq, Beyrutdakı Rusiya səfirliyi qarşısında nümayiş keçiriblər.

Dünyanın her yerinden tepki yağıyor: Rus pasaportlarını yakıyorlar

 

Nümayişçilər İspaniyanın Barselona şəhərindəki Rusiya konsulluğu qarşısında Rusiyanın Ukraynadakı hərbi əməliyyatına etiraz olaraq “Putini dayandırın, müharibəyə yox” yazılmış plakatlar, Avropa İttifaqı və Ukrayna bayraqları tutublar.

Dünyanın her yerinden tepki yağıyor: Rus pasaportlarını yakıyorlar

 

 

Rusiyanın Ukraynada böyük hərbi əməliyyata başlamasını pisləyən nümayişçilər, Qərb liderlərinin həftələrdir, Ukraynaya qarşı heç bir addım atmamaq çağırışlarına məhəl qoymayan Rusiyanın Beyrutdakı səfirliyi qarşısında toplaşıblar.

Dünyanın her yerinden tepki yağıyor: Rus pasaportlarını yakıyorlar

 

 

Etirazların digər ünvanı İstanbul olub. Ukrayna vətəndaşları Rusiyanın Bəyoğlu konsulluğu qarşısında etiraz aksiyası keçirib. Etirazçılar bir ağızdan “Müharibəyə yox” deyiblər.

Dünyanın her yerinden tepki yağıyor: Rus pasaportlarını yakıyorlar

 

 

Hollandiyada da insanlar Rusiyanın işğalına səssiz qalmadılar. Ukrayna vətəndaşları və müharibə əleyhdarları Ukraynadakı vəziyyətə diqqət çəkmək üçün Haaqada toplaşaraq nümayiş keçiriblər.

Dünyanın her yerinden tepki yağıyor: Rus pasaportlarını yakıyorlar

 

 

Litvanın paytaxtı Vilnüsdəki Rusiya səfirliyi qarşısında etirazçılar, Rusiyanın Ukraynaya hücumlarına etiraz etmək üçün rus pasportlarını yandırıblar.

Dünyanın her yerinden tepki yağıyor: Rus pasaportlarını yakıyorlar

 

 

Ukraynalı Olqa Lietniyeva Norveçdə tətildə olarkən hadisələri eşidib, Rusiya səfirliyi qarşısında Ukrayna bayrağını qucaqlayaraq Rusiyanın Ukraynaya müdaxiləsinə qarşı nümayiş keçirib və göz yaşlarını saxlaya bilməyib.

Dünyanın her yerinden tepki yağıyor: Rus pasaportlarını yakıyorlar



Xəbər xətti