"Klon"un aktrisası Hadedən Ukraynadakı müharibəyə etiraz - FOTO

14:48 25 Fevral 2022

Məşhur "Klon" serialının aktrisası Covanna Antonelli Prado Ukrayna ilə bağlı paylaşım edib.

SİTAT.İNFO BAKU.WS-a istinadən xəbər verir ki, ekran işində "Hade" obrazını canlandıran sənətçi instaqram hesabında Ukraynadakı müharibədən lentə alınan fotoları paylaşıb.

O, ürək ağrıdan görüntülərə BMT-nin Baş Katibi Antoniu Quterreşin bu sözlərini də əlavə edib:

"Müharibə heç vaxt heç bir şeyin həlli olmayacaq. Həmişə yeganə yol sülhdür! Bəşəriyyət naminə, Avropada ən dəhşətli müharibənin başlamasına imkan verməyin, bunun nəticələri təkcə Ukrayna üçün deyil, hər birimiz üçün faciəvi olacaq".



Xəbər xətti