10 min çeçen Ukraynaya döyüşə yollanır

16:40 25 Fevral 2022

Çeçen güc strukturlarının 10 minə yaxın əməkdaşı döyüşmək üçün Ukraynaya getməyə hazır olduğunu bəyan edib.

"Fürsətdən istifadə edərək hazırkı prezident Zelenskiyə məsləhət vermək istərdim ki, o, Ukraynanın eks-prezidenti olmamış prezidentimiz, Ali Baş Komandan Vladimir Vladimiroviç Putinə mümkün qədər tez zəng edib üzr istəsin".

Milli.Az xəbər verir ki, bu sözləri Çeçenistan lideri Ramzan Kadırov bəyan edib. Qeyd edək ki, Qroznının mərkəzi meydanında silahlı və formada olan on minlərlə kadırovçunun hərbi baxışı keçirilib. Rusiyaya dəstək nümayiş etdirən insanlar qarşısında Kadırov çıxış edib.



Xəbər xətti