Rusiyanın Ukraynaya qarşı hücumunun üçüncü günündə savaş davam edib.S
Sitat.info Avropa.info-ya istinadən xəbər verir ki, Ukrayna Hərbi Dəniz Qüvvələrindən edilən açıqlamada Rusiyanın Qara dənizdəki döyüş gəmisinin öz hərbi təyyarələrini vurduğu bildirilib.
"Rusiya Federasiyasının döyüş gəmisi Qara dənizdəki döyüş təyyarələrini "dost atəşi" ilə məhv etdi", - deyə açıqlamada qeyd olunur.
Ukrayna Hərbi Hava Qüvvələri isə rus təyyarəsinin onlar tərəfindən vurulduğunu bildirib.R
"Rusiyaya məxsus Su-30 qırıcısı Qara dənizdə raket bölmələri tərəfindən məhv edilib", - deyə açıqlamada deyilir.
Ukraynanın əhəmiyyətli liman şəhərlərindən biri olan Odessada rus əsgərləri ilə Ukrayna əsgərləri arasında şiddətin artması ilə mülki vətəndaşların saat 23:00-05:00 arasında küçələrə çıxması qadağan edilib.