Bəs 30 ildə İran niyə demədi ki, sərhədlərin dəyişməsinə razı deyilik? - İsa Qəmbər

21:09 2 Dekabr 2022

"İrandakı daxili vəziyyətin səbəbi bu ölkənin özündə molla rejiminin tükənməsi ilə bağlıdır. 40 ildən çoxdur ki, bu qüvvə hakimiyyətdədir və bu qüvvə 1978-1979-cu illərdə İran İslam inqilabı baş verərkən xalqa böyük vədlər verib. Ədalət, bərabərlik, sosial inkişaf vədləri verilib. Bu vədlər yerinə yetirilməyib. Əksinə zorakılıq, insanların incidilməsi, onların hüquqlarının məhdudlaşdırılması baş verib. İndi isə iflasa uğramış siyasətin nəticəsində İranda vəziyyət xeyli gərginləşib, hakimiyyət xeyli dərəcədə nüfuzdan düşüb".

Sitat.info xəbər verir ki, bu sözləri Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər deyib.

İranda istər sosial-iqtisadi azadlıq, istər siyasi azadlıq, istər milli azadlıq bərbad vəziyyətdədir: "Əhalinin əksəriyyəti narazıdır. Üstəlik bölgədə gedən proseslər İranın hakim rejmini ciddi şəkildə narahat edir. Xatırlayırsınız ki, 44 günlük müharibənin nəticələri haqqında danışarkən demişdim ki, müharibənin ən böyük nəticələri torpaqların böyük hissəsinin işğaldan azad edilməsidir, Şuşamızın azad edilməsidir və bununla bağlı 3-cü məsələni qeyd etmişdim ki, Azərbaycan-İran sərhəddinin Azərbaycanın nəzarətə götürməsi. Bu önəmli məsələdir. Burada faktiki olaraq ermənilərin işğalına son qoyulmayub".

İ.Qəmbər fikrini belə izah edib: "İşğal olunmuş ərazilərdə İran hakimiyyəti, ruslar, ermənilər at oynadırdı. İstədikləri kimi istifadə edirdilər. 1-2 ildir ki, bəyənat verirlər ki, İran hakimiyyəti ölkədə sərhəddin dəyişməsinə razı olmaz,  yol verməz. Bəs 30 ildir ki, sərhədlər hüquqi olmasa da faktiki dəyişmişdi, torpaqlar işğal olunmuşdu. Bir dəfə də olsun İran hakimiyyətinin hansısa təmsilçisi dedi ki, politik vəziyyətin dəyişməsini qəbul etmirik?"

Səid İsaoğlu,

Sitat.info



Xəbər xətti