"Bu sırf təxribat idi. Bizim ekoloqlarımızın atdığı addıma qarşı belə bir təxribat törətdilər. Bununla demək istəyirlər ki, biz də varıq".
Bu sözləri Sitat.info-ya açıqlamasında təhlükəsizlik eksperti İlham İsmayıl deyib.
O vurğulayıb ki, bu təxribatda sülhməramlıların da əlinin olması istisna deyil: "Mən inanmıram ki, burada Rusiya sülhməramlılarının əli olmasın. Çünki hadisə sülhməramlıların müşayiəti olə olub. Necə olur ki, sən maşını saxlayırsan və yerli sakinlərin onu əzməsini seyr edirsən. Havaya bir güllə atsaydılar hamı dayana bilərdi. Deməli burada sülhməramlıların bizə qarşı bir cavabı oldu ki, siz orada ekologiya postu qurursunuz, yolu dayandırırsınız, burada da ermənilər sizə qarşı belə edir".
İ.İsmayılın sözlərinə görə, ermənilərin dərdi yolların açıq qalmasıdır: "Müharibədən 1 ay sonra da mən yazmışdım, o zaman ermənilər çox istəyirdilər ki, Basarkeçər istiqamətində sərhəd bağlanmasın, oradan hərəkət eləsinlər. Bu məqsədlə tez-tez avtomobillərimizin yolunu kəsirdilər. Bu mənada rusların hazırda apardığı iş heç bir halda sülhə xidmət etmir".
Seymur Bənnayev,
Sitat.info