"Bu gün bizim Qarabağda əldə etdiyimiz nəticələrdə Türkiyənin çox fəal rolu var. Ancaq Azərbaycan-Rusiya, Türkiyə-Rusiya münasibətlərinin də prosesə öz təsiri var. Biz vətən müharibəsi ilə torpaqlarımızı azad etdik. Proseslər ona aparırdı ki, Azərbaycan Ermənistanla bir bəyannaməni imzalamalı idi. Rusiyanın bu prosesdə iştirakı önəmli idi. Məsələ ondan ibarətdir ki, Rusiya öz üzərinə müəyyən öhdəliklər götürüb, Ermənistan da, Azərbaycan da öhdəliklər götürüb. Ancaq Ermənistan öz öhdəliklərini yerinə yetirmir. Son olaraq Roben Vardanyanın Qarabağa gəlməsi, orada müəyyən addımlar atması Qarabağda hansısa proseslərin getdiyini göstərir. Bu məsələ indi danışıqlarda müzakirə olunur, biz öz fikirlərimizi bildiririk".
Bu sözləri Sitat.info-ya açıqlamasında deputat Ceyhun Məmmədov bildirib.
Onun fikrincə, hazırda tələb Rusiyanın öz öhdəliklərini yerinə yetirməsindən ibarətdir: "Rusiya öz üzərinə öhdəlik götürüb ki, qanunsuz silahlılar Qarabağdan çıxacaq, Zəngəzur dəhlizi açılacaq və sair. Bizi ən çox maraqlandıran məsələ ondan ibarətdir ki, qanunsuz erməni silahlıları Qarabağdan çıxarılsın və hər gün baş verən təxribatlara son qoyulsun. Biz hər gün atəşkəsin pozulduğunu görürük. Qarabağa bizim çəkdiyimiz yolla texnika daşınır. Bu prosesə son qoyulmalıdır".
C.Məmmədov vurğuladı ki, bizim vətəndaşlarımızın Rusiya ilə bağlı narahatlığı var və bu anlaşılandır: "Bu Rusiyanın tarixdə oynadığı müəyyən rolla da bağlıdır. Ancaq reallıq fərqlidir. İnsanlarımız görüşlərin keçirilməsinə təbii baxmalıdır. Siyasi reallıq, geosiyasət, bölgədən baş verənlər bizdən tələb edir ki, müzakirələri davam etdirək. Lazım olduqda sərt qərarlar da qəbul ediləcək. Həm prezidentlərin , həm də xarici işlər nazirlərinin görüşü davamlı görüşlərdir".
Nərgiz,
SİTAT.İNFO