"Bu təlimlər Araz üzərində “türk körpüsü”nün salınması mesajıdır" - Politoloq

16:26 5 Dekabr 2022

"Türkiyə və Azərbaycan birgə hərbi təlimlərə start verib. Bakı şəhərini, Astara, Cəbrayıl və İmişli rayonlarını əhatə edən təlimlərdə iki mühüm detal var: 

Birincisi, təlimlərin coğrafiyasıdır: Azərbaycan və Türkiyə ordusu İranla sərhəddə (Astara və Cəbrayıl) döyüş məşqi edir. İkincisi, təlimin ssenarisidir: iki ölkənin vahid ordusu çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar icra edir".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Asif Nərimanlı deyib. 

A.Nərimanlı vurğuladı ki, iki qardaş Araz üzərindən körpü salmaqla Bakını təhdid edən İrana adekvat cavab verdi: "Mümkün hərbi ssenarilərdə mollaların qarşısına vahid ordu çıxacaq. 

Burada Bakının İrana cavab ardıcıllığı da diqqət çəkir: 

- Xüsusi Təyinatlı Qüvvələr İranla sərhəddə gecə əməliyyatı keçirdilər;

- Əliyev “türk ordusu buradadır, sərhədimizdə təxribatları planlaşdıranlar, bizi qorxutmağa çalışanlar bu planlarını yaddan çıxarmalıdırlar” sözləri ilə İran rejiminə “qarşınızda türk birliyi var” mesajını verdi;

- Bakı və Ankara Araz çayı üzərində körpü ssenarisi ilə “o taya keçməyin” çətin olmadığını nümayiş etdirdi;

Bu təlimlər həm də Araz üzərində “türk körpüsü”nün salınması mesajıdır".

Hülya,

Sitat.info



Xəbər xətti