Polşada iki fond ukraynalı qaçqınlara yardımı dayandırdı

12:50 6 Dekabr 2022

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin onuncu ayında Polşa Almaniyanın Diakonie Katastrophenhilfe humanitar fondunun proqramı çərçivəsində ukraynalı qaçqınlara nağd yardımın ödənilməsini dayandırıb.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, fondun saytında xəbər verildiyi kimi, proqramda ərizə verən qaçqın üçün 700 zloti (5769 qrivna), onun ailəsinin hər bir üzvü üçün isə 600 zlotı (4945 qrivna) ödənilməsi nəzərdə tutulurdu.

Qeyd edək ki, fond üç ay ərzində ukraynalı qaçqınlara müavinət ödəyib. Yardım Vroslav, Qdansk, Bielsko-Biała, Ostroda, Zgierz və Bitom şəhərlərini əhatə edirdi.

Həmçinin bildirilir ki, Diakonie Katastrofenhilfe fondu proqram çərçivəsində artıq üç aylıq ödəniş almış qaçqınlar üçün birdəfəlik qışa hazırlıq müavinətinin ödənilməsi üçün qeydiyyatı dayandırıb.

Səid,

Sitat.info



Xəbər xətti