Manatın get-gedə dəyərsizləşməsi hər kəsi narahat edir. Uzun müddətdir dollar qarşısında məzənnəsi sabit olsa da, manatın alıcılıq qabiliyyəti kəskin düşüb. Ümumiyyətlə valyutamızın vəziyyəti nə yerdədir.? Qarşıdakı ildə bizi nə gözləyir? Neftin hazırki qiyməti, dünyada gedən proseslər fonunda verilən proqnozlar manatla bağlı nə deməyə əsas verir?
Sitat.info-nun bu suallarını cavablandıran iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, hökumətin belə bir planının olduğunu görünmür: "Hökumətin çıxardığı sənədlərdən, orada verilən mesajlardan da məlum olur ki, manatın məzənnəsinin devalvasiya etdirilməsi ilə bağlı bir yanaşma yoxdur. Aydın məsələdir ki, manatın məzənnəsi hökumətin, Mərkəzi Bankın qərarı ilə tənzimlənir. Bunlar ümumiyyətlə ictimaiyyətlə müzakirə olunmur. Qərarlar bağlı qapılar arxasında qəbul olunur".
R.Həsənov neftin qiymətinin yüksək olduğu indiki dövrdə devalvasiya gözlənilmədiyini qeyd etdi: "Amma xroniki olaraq dövlətin bu istiqamətdə apardığı siyasətdən bir nəticə çıxartmaq mümkündür. İndiki şərtlər daxilində neftin qiyməti normaldır. Hökumətin proqnozları belədir ki, növbəti ilə daha ehtiyatlı büdcə planlaması aparılıb. Neftin 50 dollardan nəzərdə tutulub. Hazırda isə 90 dollar ətrafındadır".
İqtisadçının sözlərinə görə, manatı sabit saxlamaq üçün makroiqtisadi göstəricilər də əlverişlidir: "Eyni zamanda təbii ki, burada müəyyən mənada profisit, tədiyyə balansı, ötən iki ildə və daha ciddi rəqəmlərlə artım müşahidə olunur. Turizmin bərpası prosesi başlayıb, turizmdən valyuta gəlirləri artmaqdadır. İki dəfədən çox artım var. Bütün bunları nəzərə alaraq, iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı bu günə qədər əldə edilən nəticələrin çox da ciddi olmaması, əldə edilən dividentlərin Mən düşünürəm ki, dövlət devormasiya qərarı qəbul etməyəcək".