"Azərbaycan çox gecikir, bunun acısını mütləq çəkəcəyik" - Üzeyir Cəfərov

15:11 6 Dekabr 2022

"Rusiya sülhməramlılarının Azərbaycan ərazisində necə yaramaz işlərlər məşğul olduğunu izah etməyə ehtiyyac yoxdur. Bu yaramazlıqları bütün Azərbaycan xalqı görür. Son hadisədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin həmin ərazilərə səfərləri zamanı diqqətimi bir məqam cəlb etdi. Jurnalistlər ordan soruşurdular ki, polis işçiləri kimdir? Sən demə bunlar rəsmən tanıyırlar ki, separatçı qurumun polis dəstələri var".

Bu sözləri Sitat.info-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. 

Onun sözlərinə görə, bu məsələyə görə Azərbaycan dərhal Rusiya sülhməramlılarına öz qəti etirazını bildirməli idi: "Onlar kimdir ki, Azərbaycan ərazisində  polis formasında sülhməramlılarla birlikdə fəaliyyət göstərsinlər. Demək onlar rəsmən tanıyırlar. Volkovun tülkücəsinə "mən burdan məlumatları olduğu kimi ötürürəm, doğru şəkildə sayta yerləşdirmir" yalanları yaxasını qurtarmaq üçündür. 

Bizim jurnalistlər imkan daxilində bu generala suallar ünvanlamalı idi ki, necə olur  bu qədər minalar peyda olub. General bəhanə gətirir. Sanki, uşaq bağçasındakılara nə isə izah edir. Bizim avadanlığımız  yoxdur deyirlər.  Mina iynədir ki, cibə qoyub aparsınlar? Azərbaycanın işğaldan azad olan ərzilərinə minlərlə mina daşınıb. Mənim fikrim qətidir ki, Azərbaycan çox gecikib. Biz bunun acısını mütləq çəkəcəyik".

Hərbi ekspert bir daha vurğuladı ki, Rusiya sülhməramlıları dərhal bölgədən çıxarılmalıdır: "Görünən mənzərə ondan ibarətdir ki, onlar tamam başqa məqsədlər üçün göndərilib və Moskvadan gələn təlimatlar heç də bizim xeyrimizə deyil. Ona görə mənim mövqem dəyişməz olaraq qalır. Azərbaycan ictimayyəti onlar rədd olub gedənə qədər mətbuatla birlikdə bu məsələni daim gündəmdə saxlamalıdır. Mən inanıram ki, onlar 2025-ci ilə qədər orda qalmayacaqlar. Çünki, Ukraynada döyüşlər var, həmin döyüşlərin nəticəsindən asılı olaraq həm Ermənistandan, həm digər ərazilərdən adı sülhməramlı olan, özü isə əxlaqsızlıqla məşğul olan silahlı dəstə əsgərləri ilə birlikdə rədd olub öz xarabalarına yığışacaqlar.

Səid İsaoğlu,
Sitat.info



Xəbər xətti