"Ümumiyyətlə Azərbycan kimi enerji daşıyıcılarının istehsalçısı və ixracatçısı olan ölkədə elektrik enerjisinə və qaz istehlakına limitin qoyulması absurddur, yəni, birdəfəlik ləğv edilməlidir".
Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, Azərbaycanda bunun tətbiqi ciddi problemlərə səbəb olur və narazılıq yaradır: "Çünki, biz bütün dünyaya neft və qaz satan, eyni zamanda elektrik enerjisi ixrac edən bir ölkəyik. Ölkə əhalisi də bundan pay almalıdır. Hətta Konstitusiyaya görə də ölkə resursları Azərbaycan xalqına məxsusdur. Bu məsələdən pay almaq üçün də bu limitlər kökündən ləğv edilməlidir".
N.Cəfərli vurğuladı ki, ucqar dağ kəndləri və həyət evləri ilə bağlı xüsusi bir proqramın qəbul olmasını gözləmir və belə bir proqramın olacağına inanmır: "Amma ümumilikdə əhalinin tamamı üçün elektrik enerjisi və təbii qaz limitləri kökündən ləğv edilməlidir ki, bu məsələ ilə bağlı insanların narazılıqlarına son qoyulsun".
Səid İsaoğlu,
Sitat.info