Azərbaycan vətəndaşları Ukraynadan Bakıya gətirilib

08:44 28 Fevral 2022

Ukranyadakı vəziyyətlə əlaqədar Ruminiyaya keçən vətəndaşlarımızın bir qismini daşıyan təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib.

APA-nın aeroportda olan müxbirinin məlumatına görə, vətəndaşlarımız Bakıya çatıb.

Qeyd edək ki, Ukraynadakı vəziyyətlə əlaqədar, ölkəni tərk edərək qonşu dövlətlərə daxil olan Azərbaycan vətəndaşlarının təxliyəsini həyata keçirmək üçün fevralın 28-də tarixində Azərbaycan dövləti tərəfindən iki çarter reysin təşkil edilməsi nəzərdə tutulmuşdu.



Xəbər xətti