"Azərbaycanın rusların müvəqqəti nəzarətində olan ərazilərə intensiv şəkildə gedib-gəlməsi gözlənilən idi. Çünki, bu ərazilərdə baş verən proseslər bizi dərindən narahat edirdi. Həm Azərbaycana aid olan təbii sərvətlərin talanması, həm də sülhməramlıların nəzarətində olan ərazilərə İrandan olan diversantların, silahların, döyüş texnikasının daşınması və onların erməni silahlıları tərəfindən istifadə olunmasına dair kifayət qədər ciddi faktlar cavabsız qala bilməzdi".
Bu sözləri Sitat.info-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, sülhməramlı adlandırılan qüvvələrin müvəqqəti yerləşdiyi ərazilərdə kifayət qədər ciddi miqyasda aparılan qeyri-leqal fəaliyyətlər, bizə məxsus təbii sərvətlərin qanunsuz olaraq istismar edilməsi, ərazidən çıxarılması, eyni zamanda ekoloji və digər fəsadlarla müşayət olunurdu: "Ona görə də bu ərazilərdə monitorinq keçirilməsi, həmin faydalı qazıntıların qalıqların miqyasının aktlaşdırılması kimi araşdırma işləri vacib idi və bu da həyata keçirliməyə başlıyıb. Artıq Azərbaycan bu ərazilərə tez-tez müdaxilələr edəcək. Bundan narahat olanların şəxsi problemidir".
Jurnalistlərin buraxılmamasına gəldikdə isə hərbi ekspert vurğuladı ki, görünür rus sülhməramlılarının jurnalistlərdən gizlədəcəyi nələrsə var: " Amma bu müvəqqəti məhdudiyyətdir. Hesab edirəm ki, yaxın gələcəkdə jurnalistlərimiz və vətəndaşlarımız öz torpaqlarına istədikləri kimi gedə biləcəklər. Buna nəinki erməni və rus silahlıları , heç bir qüvvə mane ola bilməz. Bizim ərazilərdə kimsə gəlib özünü söz sahibi kimi aparmağa cəhd etməməlidir. Bunu bədəli ağır ola bilər".
Səid İsaoğlu,
Sitat.info