TƏCİLİ! Bu yerlərdə iş dayandırılmalıdır : XƏBƏRDARLIQ EDİLDİ

17:30 7 Dekabr 2022

Son vaxtlar havaların həddindən artıq soyuq keçməsi açıq havada və isidilməyən məkanlarda işləyən işçilərin sağlamlığı, əmək təhlükəsizliyi məsələsini gündəmə gətirib. Yayda kəskin istilər, qışda isə kəskin şaxtalar zamanı işəgötürən işçinin əmək şəraitini tənzimləməyə, bu alınmadıqda isə işə fasilə verməyə borcludur. 

Mövzu ilə bağlı  SİTAT. İNFO-ya danışan hüquqşünas Samir Qasımov bildirib ki, işəgötürən bunu etməsə işçinin səhhətinə dəyən zərərə görə tam məsuliyyət daşıyır: "Azərbaycan Respublikasının Əmək qanunvericiliyinə əsasən, yay vaxtı, əgər havanın temperaturu 41 dərəcədən çoxdursa, bu zaman iş dayandırılmalıdır və yaxud işdə fasilələr verilməlidir. Həmin fasilələrdə işçilərin sərinlənməsi təmin olunmalıdır. Qış vaxtı isə əgər açıq havada və yaxud qapalı yerlərdə havanın hərarəti 14 dərəcədən aşağıdırsa, bu zaman mütləq iş dayandırılmalıdır və yaxud işdə fasilələr verilməlidir, həmin fasilələrdə işçilərin isinməsi təmin olunmalıdır". 

S. Qasımov  kəskin hava şəraitində işçilərin necə işləməli olduğunu və işəgötürənin hansı məsuliyyət daşıdığını da qeyd edib: "Əgər işə götürən işçilərə bu şəraiti yarada bilmirsə, belə bir şərait yoxdursa, bu zaman iş dayandırılmalıdır. Bu tələblərin pozulması nəticəsində hər hansı bir işçinin həyatına və yaxud sağlamlığına zərər dəyirsə, işə götürən bu zərərə görə tam məsuliyyət daşıyır".

Sevinc Cavadzadə,

Sitat.info

 



Xəbər xətti