Türkiyə Ukraynanın elektrik kəsilməsindən xilas olmaq üçün bir yol tapıb.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin “Karpowership” şirkəti " Ukraynanı elektrik enerjisi ilə təmin etmək üçün Rumıniya və ya Moldovaya enerji gəmilərinin göndərilməsi təklifini irəli sürüblər.
Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının onuncu ayında Türkiyənin “Karpowership” şirkəti Ukraynanın enerji sisteminə kömək etmək üçün yol axtarır.
Şirkətin prezidenti Zeynep Xarezi “Anadolu” agentliyinə müsahibəsində bildirib ki, şirkət üzən elektrik stansiyalarından istifadə etməklə Ukraynaya 400 MVt-a qədər enerji təchizatını müzakirə edir:
"Biz düzgün həll yolu tapmaq üçün BMT və digər yardım təşkilatları ilə danışıqlar aparırıq. Rumıniya və ya Moldovaya gəmilər göndərə və elektrik xətləri vasitəsilə Ukraynaya elektrik enerjisi verə bilərik. Biz təxminən 300-400 meqavat gücündə elektrik enerjisi barədə danışıqlar aparırıq. Bu güclər bir milyon ev təsərrüfatını elektrik enerjisi ilə təmin edə bilər. Biz bu gücü təmin etmək üçün 3-4 gəmi göndərə bilərik. Bundan əlavə, gəmilər müxtəlif limanlarda yerləşdirilə bilər. Üzən elektrik stansiyaları texniki, kommersiya və təhlükəsizlik məsələləri üzrə yekun razılıq əldə edildikdən sonra bir ay ərzində elektrik enerjisinin tədarükünə başlaya bilər”.
Səid,
Sitat.info