"Fransa birazdan çox üşüyəcək, onda bizim yanımıza gələcək" - Siyasi şərhçi

13:15 8 Dekabr 2022

Azərbaycanın beynəlxalq axtarışa verdiyi terrorçu, cinayətkar, özünü qondarma "artsax" respublikasının rəhbəri elan edən Araik Artunyan Fransada səfərdədir. O Fransa hökumətinin dəstəyini almağa, o ölkədəki erməni lobbisinin diqqətini Qarabağa çəkməyə, ən nəhayət isə Fransanın danışıqlara vasitəçi kimi calaşdırmağa çalışır. Bəs görəsən o bütün bunlara nail olacaqmı, yoxsa bu hərəkətlilik sadəcə erməniləri sakitləşdirmək üçündür?

Mövzu ilə bağlı Sitat.info-ya danışan siyasi şərhçi, Ağ Partiya sədrinin müşaviri Azər Hüseynov vurğuladı ki, Araik Arutunyanın Fransaya səfər etməsi daha çox daxili auditoriya üçündür: " Yəni, baxın biz sınmamışıq, Fransa da bizi dəstəkləyir -demək istəyir. Bəlkə də Vardanyan amilinə qarşı Araikin Qərb tərəfindən istifadə edilməsidir".

Fransanın vasitəçiliyinə gəldikdə isə, A. Hüseynov vurğuladı ki,  Azərbaycan haqqlı olaraq buna yox deyir: "Ona görə ki, Fransanın prosesdə iştirakı ancaq birtərəfli erməniləri dəstəkləmək olar. Fransa həm də bir azdan daha çox üşüyəcək. Onda da bizim yanımıza gələcək. Sadəcə gözləmək lazımdır".

Azərbaycan hökumətinin beynəlxalq axtarışa verilən Araikin səfərinə reaksiya verməməsinə gəlincə, siyasi şərhçi qeyd etdi ki, Araik üçün çıxış etmirik, yəqin lazımi zaman gözləyirik: " Çünki Fransa və Rusiya, o cümlədən ABŞ da Araikə bizim gözümüzlə baxmır. Amma bunun da zamana ehtiyacı var. Güman edirəm ki, Araikin dostlarının ayağı büdrəyən kimi onu keçmiş canilərlə birgə məhkəmə çəkəcəyik".

Seymur Bənnayev,

Sitat.info



Xəbər xətti