Türkiyədə LGBT ilə bağlı qanun qəbul olunacaq

14:45 8 Dekabr 2022

MHP-nin sədr müavini Feti Yıldız tibbi zərurət istisna olmaqla cinsiyyət dəyişdirilməsini qadağan edən qanun layihəsi hazırlayıb.

Sitat.info Türkiyə medasına istinadən xəbər verir ki, təklifin yaxın günlərdə Türkiyə Böyük Millət Məclisinə təqdim ediləcəyi gözlənilir.

 Feti Yıldız mümkün “LGBT təbliğatının” qarşısını almaq istədiklərini qeyd edib.

MHP-dən olan  Feti Yıldız yuxarıda adı çəkilən qanun təklifində pedofiliya cinayətlərinə görə cəzaların ağırlaşdırılmasını nəzərdə tutduqlarını bildirib.  Yıldız Twitter-də paylaşdığı postda “Ailə türk cəmiyyətinin təməlidir. Cinayət qanunvericiliyimizdə pedofiliya cinayətlərinə görə cəzaları ağırlaşdırmaqla yanaşı, LGBT təbliğatı və tibbi zərurət olmadığı halda insanların cinsin dəyişdirilməsinə “həvəsləndirməyi” qadağan edən müddəalar olmalıdır”, - deyə bildirib.

Səid İsaoğlu,

Sitat.info



Xəbər xətti