Almaniyanın keçmiş kansleri Angela Merkel illər sonra etiraf kimi açıqlamalar verib.
Sitat.info xəbər verir ki, Merkel "Die Zeit" qəzetində dərc olunan müsahibəsində Rusiya-Ukrayna müharibəsi və Almaniyanın müdafiə xərclərini artırması ilə bağlı danışıb.
Rusiyanın 2014-cü ildə Krımı qeyri-qanuni ilhaqından və NATO-nun Baltikyanı ölkələrdə yerləşdirdiyi əsgərlərdən sonra Rusiyanın Böyük Səkkizlikdən çıxarıldığını xatırladan Merkel deyib ki, Rusiyanın təcavüzünə daha tez reaksiya verməliydilər.
Merkel özünü tənqid edirdi ki, 2014-cü ildən sonra Ukraynanı daha yaxşı silahlarla təchiz etmək üçün kifayət qədər səy göstərmədi.
NATO-nun “ÜDM-in 2%-nin müdafiə xərclərinə ayrılması” ilə bağlı qərarından sonrea Almaniya heç 2%-lik hədəfə çata bilməyib.
Merkel 2015-ci il Minsk sülh sazişini bir daha müdafiə edib. "Bu, məhz belə bir müharibənin (Rusiyanın Ukraynaya qarşı müharibəsi) qarşısını almaq cəhdi idi. Əgər bu nəticə verməyibsə, o demək deyil ki, həmin cəhdlər yanlış olub".
Nərgiz,
Sitat.info