ABŞ prezidenti Co Bayden Konqresi Vaşinqtonda silahlı zorakılıq qurbanlarının anım mərasimində yarı avtomatik silahları qadağan etməyə çağırıb.
Sitat.info xəbər verir ki, ABŞ-da silahlı zorakılığın qurbanları, müqəddəs St.Mark kilsəsində keçirilən mərasimdə anılıb.
Mərasimin açılış nitqi ilə çıxış edən Demokrat senator Chris Murphy, bu il Konqresin və Baydenin təsdiqi ilə qüvvəyə minən və silah satışına müəyyən məhdudiyyətlər qoyan “Təhlükəsiz Cəmiyyətlər Aktı”na verdiyi dəstəyə görə Baydenə təşəkkür etdi.
Daha sonra 2012-ci ildə Konnektikutda Sandy Hook məktəbinə hücumun şahidlərindən biri olan Ceki Hagerti çıxış edərək Baydeni kürsüyə dəvət edib.
Yarı avtomatik silahların bir müddət qadağan edildiyinə işarə edən Bayden, "Biz bunu əvvəllər də etmişdik, yenə edə bilərik" bəyanatlarından istifadə edərək Konqresi hərəkətə keçirməyə çağırıb.
Anım mərasimində Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ilə yanaşı, Konqresin bir çox üzvü də iştirak edib.
Seymur Bənnayev
Sitat.info