Kremlin sözçüsü Dmitri Peskov Ukrayna müharibəsi ilə bağlı təəccüblü açıqlamalar verib.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Danimarka və İsveçin Rusiyanın “Şimal axını” boru kəmərlərinə hücumlarla bağlı araşdırmalarında iştirakına icazə vermədiyini bəyan edib.
Rusiya XİN sözçüsü Mariya Zaxorova, "İsveç və Danimarka bizim əməkdaşlıq təklifimizi rədd edir. Çünki bu işə qarışsaq, hadisənin arxasında kimin dayandığını bütün dünya biləcək" - deyib.
UKRAYNA KRIMA HÜCUM EDƏ BİLƏR
Kremlin son dəqiqə bəyanatında isə Ukraynada davam edən müharibə ilə bağlı diqqətçəkən ifadələr yer alıb.
Krım yarımadasının Ukraynanın hücumlarına qarşı həssas olduğunu bildirən Kremlin sözçüsü Dmitri Peskov, Ukraynanın hücumları davam etdirdiyi üçün bölgənin risk altında olduğun deyib: "Əldə etdiyimiz məlumatlar ciddi tədbirlərin görüldüyünü göstərir" Peskov qeyd edib ki, Ukrayna torpaqları ələ keçirməyə çalışır, Donetsk, Luqansk, Xerson və Zaporojya bölgələrinin bəzi hissələrinin azad edilməsi vacibdir.
Nərgiz,
Sitat.info