Duma ruslara əcnəbilər üçün "surroqat ana" olmağı qadağan edən qanun layihəsini təsdiqləyib

17:01 8 Dekabr 2022

Rusiya parlamentinin aşağı palatası Dövlət Duması ruslara əcnəbilər üçün “surroqat analıq” almağı qadağan edən qanun layihəsini qəbul edib.

Sitat.info xəbər verir ki, Parlamentin Baş Assambleyasında səsvermə yolu ilə qəbul edilən qanun layihəsi ilə ölkədə əcnəbilərə surroqat analıq qadağan edilib.

Buna uyğun olaraq surroqat anadan doğulan uşaqlar da Rusiya vətəndaşı sayılacaq.

Dumanın sədri Vyaçeslav Volodin qərarın ölkədəki uşaqları qorumaq üçün verildiyini bildirib: “Qərar uşaqlarımızın alverinin, körpələrin eynicinsli cütlüklərin ailələrinə getməsinin qarşısını alacaq və onları cinayətlərin qurbanı olmaqdan qoruyacaq"- deyə bildirdi.

Seymur Bənnayev
Sitat.İnfo



Xəbər xətti