"Misir Qasımlı və Sübhan Quliyevlə bağlı bizim bilmədiyimiz məsələlər var" - Üzeyir Cəfərov

17:45 8 Dekabr 2022

Ukrayna məhkəməsində azərbaycanlı gənc, İkinci Qarabağ müharibəsi iştirakçısı olan Misir Qasımlı və onun dostu Sübhan Quliyevə hökm oxunub. Belə ki, onlar adam oğurluğu, xuliqanlıq və silah saxlamaqda təqsirləndirilərək 8 il azadlıqdan məhrum ediliblər.
Bu məsələ ilə bağlı SİTAT İNFO-ya danışan ekspert Üzeyir Cəfərov bildirib ki,  onlar heç bir halda 8 il müddətində həbsdə qalmayacaqlar, qısa müddət ərzində öz azadlıqlarına qovuşacaqlar:

"Ukrayna Azərbaycana hər zaman hörmətlə yanaşıb, eyni zamanda 44 günlük müharibədə də biz bunun şahidi olduq.  Düşünürəm ki, Misir Qasımlı və Sübhan Quliyev uzun müddət həbsdə qalmayacaqlar, onlar böyük ehtimalla cəzalarını burada çəkmək üçün Azərbaycana təhvil veriləcəklər, qısa bir müddətdən sonra azadlıqlarına qovuşacaqlar"


Üzeyir Cəfərov onu da qeyd etdi ki, Misir Qasımlı və Sübhan Quliyevlə bağlı bizim bildiyimiz və bilmədiyimiz məsələlər var: "Ona görə də bu məsələ ilə bir qədər diqqətli və ehtiyatlı olmaq lazımdır. Ümid var ki, Misir də, Sübhan da yaxın zamanlarda ən azından ev dustaqlığına buraxılacaqlar, amma yenə də qeyd edim ki, bizim bilmədiyimiz bir sıra məlumatlar var ki, bu məlumatlar məhkəmə sənədlərində olsa da, onlar ictimailəşdirilməyib."

Ekspert bildirdi ki, məhkəmə sənədləri ilə yaxından tanış olandan sonra bəzi məsələlər tam aydın olacaqdır.

Sevinc Cavadzadə,

Sitat.info



Xəbər xətti