Rusiyada ticarət mərkəzində güclü partlayış - Video - Yenilənir

09:56 9 Dekabr 2022

Rusiyanın Moskva vilayətində “Meqa Ximki” ticarət mərkəzində partlayış baş verib.

“Sitat.info” xəbər verir ki, yanğın 7000 kvadrat metr ərazini əhatə edir.

Partlayışdan sonra binanın konstruksiyaları uçmağa başlayıb. 

Hazırda yanğın davam edir. Hadisə nəticəsində xəsarət alanlar barədə hələ ki məlumat verilməyib.

***

Ticarət mərkəzinin qəsdən yandırılması insidentin baş verməsinə əsas səbəblərdən biri kimi nəzərdən keçirilir.

***
Fövqəladə xidmət orqanlarının məlumatına görə, “Meqa Ximki”dəki yanğına səbəb qısa qapanma olub.

***

Yanğın nəticəsində 1 nəfər həlak olub.

 

/Qafqazinfo



Xəbər xətti