İran Xalq Mücahidləri Təşkilatının lideri Məryəm Rəcəvi deyib ki, bu təşkilat mövcud hakimiyyətə alternativdir və onu əvəz edə bilər.
Məlumdur ki, İranda qeyri-stabil durum hökm sürür. Sentyabr ayından bəri davam aksiyalar səngimir. Davam edən etiraz aksiyalarında Qərbin əlinin olması barədə əvvəllər danışmışdıq. ABŞ –ın İranla bağlı konkret məqsədlərinin olduğunu da bildirmişdik.
Məsələ ondan ibarətdir ki, İran daxilindəki hazırkı durum iqtidara alternativ qüvvələr, o cümlədən İran Xalq Mücahidləri Təşkilatının ürəyincədir. Onlar hazırkı situasiyadan öz xeyirlərinə, hakimiyyətə gəlmək üçün istifadə edə bilərlər.
İrandakı aksiyaların hakimiyyət çevrilişi ilə nəticələnməsi istisna deyil.
Bəlkə də, ABŞ və müttəfiqlərinin istədiyi elə budur. İran Xalq Mücahidləri Təşkilatının iqtidarı ələ keçirməsi də mümkündür. Amma diqqət edilməli lazım olan məsələlər var.
Nəzərə almaq lazımdır ki, İrandakı aksiyaların əsas səbəbi hakimiyyətin radikal qərarları, insanların hüquqlarının məhdudlaşdırılmasıdır. Vətəndaşlar artıq təngə gəliblər. Deməli, hakimiyyətə gəlmək iddiasında olan güclər bu barədə düşünməli, islahatlara getməlidirlər.
Bəlkə də, yaxın vaxtlarda alternativ güclər öz platformalarını irəli sürə, mxtəlif islahat vədləri ilə çıxış edə bilərlər. Bu, gözləniləndir. Amma verilən vədlər mütləq yerinə yetirilməlidir. Əks halda ehtimal edilən gələcək hakimiyyətə etirazlar daha sərt ola bilər.
İranda hazırkı aksiyaların nəticəsi olaraq ciddi proseslərin baş verməsi tamamilə mümkündür. Amma əgər gələcək hakimiyyət hazırkı situasiyadan nəticə çıxarmasa, bu dəfə hakimiyyətin yox, sistemin dəyişməsi məsələsi gündəmə gələ bilər.
Kənan Novruzov
Xüsusi olaraq Sitat.info üçün...